Haqqımızda

LMK şirkətinin layihəsi olaraq fəaliyyət göstərən 820 taksi-kuryer şirkəti üçün əsas deviz operativlik, dəqiqlik və müştəri məmnuniyyətidir.

 

820 TAXI(TAKSİ) və KURYER  xidməti 2020-ci ilin sentyabr ayında Bakıda fəaliyyətə başlayıb.  

 

MƏQSƏDİMİZ

Şirkətimiz Bakı şəhərində müştərilərinə qüsursuz, komfortlu, təhlükəsiz, operativ və sərfəli xidmət göstərməyi missiyası hesab edir. Başlıca məqsədi müştəri məmnuniyyətinə nail olmaq olan şirkət, həm taksi, həm də kuryer xidməti ilə fəaliyyət göstərən ilk milli tətbiqetməyə malikdir. 

 

TAKSİ XİDMƏTİ 

820 TAKSİ və KURYER şirkəti müştərilərə rahat və komfortlu maşınlarda taksi xidmətindən istifadəni təklif edir. 

 

Şirkətimiz Maksimum Ekonom, Ekonom, Komfort, Biznes və Miniven taksi tariflərini təklif edir. 

 

820 TAKSİ müştəriləri hər dəfə istifadə üçün bonus qazanmaq, nağdsız ödəniş etmək imkanına malikdirlər. Müştərilər komfortlu, Wifi təminatlı, siqaret çəkilməyən, şarj cihazı olan taksilərdən, xüsusi təlim keçmiş peşəkar sürücü xidmətindən istifadə etmək imkanı əldə edirlər. 

Sifarişlər Android və iOS mobil tətbiqləri, həmçinin 24/7 fəaliyyətdə olan 820 qısa nömrəsinə zənglə qəbul olunur. 

 

 

820 DAYƏ XİDMƏTİ

820 TAKSİ və KURYER müştərilərin övladlarının rahatlığı üçün “TAXİ DAYƏ” xidmətini təklif edir. Övladlarınız təyin edilmiş müvafiq sürücülərimiz vasitəsilə vaxtlı-vaxtında lazımi ünvandan götürülərək qeyd olunan yerə aparıla və əks istiqamətdə gətirilə bilərlər. Övladlarınızın rahatlığını və təhlükəsizliyini 820 Dayə xidmətinə həvalə edin! 

 

820 AYIQ SÜRÜCÜ XİDMƏTİ

Şirkətimiz müştərilərinə  “820 AYIQ SÜRÜCÜ” xidmətini də təklif edir. Alkoqol qəbulundan sonra sükan arxasına oturmaqla həyatı ilə risk etmək istəməyənlər üçün 820 Ayıq Sürücü xidməti optimal çıxış yoludur. Xidmətin mahiyyətinə görə, şirkətin sürücüləri müştərini öz şəxsi avtomobilində müşayiət edir. Digər xidmətlərimiz kimi bu xidmət də 24/7 fəaliyyət göstərir. 

 

820 SAAT HESABI SÜRÜCÜ XİDMƏTİ

820 TAXİ vasitəsilə məsafəyə görə yox, vaxta görə taksi sifariş etmək mümkündür. Çağrı mərkəzi operatoruna sifarişin məsafəyə deyil, vaxta görə ayarlanmasını söyləməklə, müştəri sərfəli tariflə saat hesabı taksi ilə təmin olunur. 

 

 820 TRANSFER XİDMƏTİ

820 Transfer xidməti Bakı şəhəri daxilində transferin təşkili xidmətini təklif edir. Transfer xidmətindən istifadə etməklə qonaqların peşəkar sürücülər tərəfindən hava limanından qarşılama, otelə yerləşdirmə və yenidən hava limanına yola salmaq mümkündür. 

 

820 KURYER XİDMƏTİ

Şirkət Bakı şəhəri daxilində istənilən növ yüklərin və bağlamaların daşınması xidmətini təklif edir. Bağlamalar və yüklərin operativ və sürətlə, təhlükəsizliyinə təminat verilərək, peşəkar çatdırılmasına təminat verilir. Şirkət, həmçinin, baglama və yüklərin korporativ qəbulunu və çatdırılmasını da həyata keçirir. 50+ bağlama sifarişlərinin çatdırılması şirkətin menecerləri ilə aparılan danışıqlar nəticəsində təyin edilmiş vaxt əsasında həyata keçirilir.